Prezident Binə qəsəbəsində görülən işlərlə tanış olub Hadisə

Prezident Binə qəsəbəsində görülən işlərlə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olublar.
Dövlət başçısı Əli İsazadə küçəsinin rəmzi açılışını bildirən lenti kəsib.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, Əli İsazadə küçəsinin yenidən qurulması layihəsi çərçivəsində yol yatağının eni 20-22 metrə qədər genişləndirilib.
Yenidən qurulan bu küçə Heydər Əliyev prospekti - Hava Limanı - Mərdəkan avtomagistralındakı mövcud yol qovşağından istifadə etməklə Binə, Mərdəkan, Bilgəh, Qala, Pirallahı qəsəbələrinə və şəhərin mərkəzinə doğru əhalinin rahat gediş və gəlişini təmin etməyə imkan yaradacaq.