“Azərbaycan hökuməti insan alveri ilə mübarizədə böyük səy göstərir” Hadisə

“Azərbaycan hökuməti insan alveri ilə mübarizədə böyük səy göstərir”

Azərbaycan hökuməti insan alveri ilə mübarizədə böyük səy göstərir.
Bu barədə ABŞ Dövlət Departamentinin insan alveri ilə mübarizə barədə 2017-ci il üzrə hesabatında qeyd olunur. Bu hesabatda dünyanın 188 ölkəsində insan alveri ilə mübarizə ilə bağlı vəziyyət dəyələndirilir.
Hesabatda bildirilir ki, Azərbaycan hökuməti daha çox sayda insan alverçisini mühakimə etməklə və insan alveri qurbanlarını üzə çıxarmaqla bu sahədə böyük fəallıq nümayiş etdirib. Hesabatda həmçinin qeyd edilir ki, ölkə hökuməti bu cinayətlərin qurbanlarının müdafiəsi üçün maliyyələşdirməni artırıb və onların sığınacaqla təmin olunmasını gücləndirib.
Hesabatda o da vurğulanır ki, insan alverçiləri öz qurbanlarının aşkar olunması üçün daha çox internetdən istifadə edirlər.