“Ali təhsildən gözləntilər” Hadisə

“Ali təhsildən gözləntilər”

Azərbaycan-Fransız Universitetində seminar keçirilib

Noyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Ali təhsildən gözləntilər" mövzusunda seminar keçirilib.
Seminarda nazirliyin nümayəndələri, təhsil ekspertləri, media kapitanları, ali məktəblərin mətbuat xidmətlərinin rəhbərləri iştirak ediblər.
Son dörd ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində müşahidə olunan müsbət dinamika və ali təhsildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilən tədbirdə nazirliyin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevin "Tələbə qəbulunun nəticələrinin təhlili" mövzusunda təqdimatı dinlənilib.
Şöbə müdiri son dörd tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, son illərdə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisi artıb. Müsbət dinamika bütün ixtisas qrupları üzrə də müşahidə olunub. Bu il qəbul imtahanlarında 2.472 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2.281, 2015-ci ildə 2.094, 2014-cü ildə isə 1.725 nəfər təşkil edib. Magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz artıb.
Qeyd olunub ki, bu tədris ilində Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbilərin sayı ötən illərlə müqayisədə artaraq 5.410 nəfər təşkil edib.
Cari tədris ilində ali təhsil müəssisələrində ingilis dilində tədris edilən ixtisaslara qəbul olunanların sayı iki dəfə artıb.
Yaqub Piriyev deyib ki, ali məktəblərin tədrisi ingilis dilində aparılan ixtisaslarına qəbul olunan tələbələrin sayı artıb.
Onun sözlərinə görə, 2017-2018-ci tədris ilində tədrisi ingilis dilində aparılan ixtisaslara tələbə qəbulu üzrə proqnoz 1615 olub. Onun 87 faizi dolub.
Yaqub Piriyev qeyd edib ki, son illərdə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisi artıb. Müsbət dinamika bütün ixtisas qrupları üzrə də müşahidə olunub.
Yaqub Piriyev deyib ki, bu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı ötən illərlə müqayisədə artaraq 5410 nəfər təşkil edib.
Yaqub Piriyevin sözlərinə görə, son 3 il ərzində 541 nəfər fəlsəfə doktoru, 103 nəfər elmlər doktoru elmi dərəcələri alıb.
Yaqub Piriyevin sözlərinə görə, gələcəkdə ali təhsil proqramlarının orta ixtisas təhsilində (kollec) tətbiqi nəzərdə tutulur.
Nazirliyin şöbə müdiri bildirib ki, hazırda ixtisasların təsnifatı hazırlanır: "Gələcəkdə ali təhsildə olan ixtisasların təsnifatı kolleclərdə olan ixtisasların təsnifatına transformasiya edilməlidir".
Hər iki təsnifatın eyniliyinin vacibliyinə toxunan Y.Piriyev qeyd edib ki, məqsəd bakalavr ali təhsilinə rəvan keçidi təmin etməkdir: "Gərək proqramlar elə uzlaşsın ki, orta ixtisas təhsilindən ali təhsilə keçid olduqda onların qazandıqları kreditlər ali təhsildə tanınsın və ali təhsildə onların normativ təhsil müddətləri azalsın".
Yaqub Piriyev bildirib ki, Təhsil Nazirliyi 8 ixtisasa bal məhdudiyyəti tətbiq edib.
Şöbə müdirinin sözlərinə görə, bunlardan 4-ü texniki və texnoloji, 4-ü isə təbiət ixtisasları qrupuna aiddir və həmin ixtisaslar üzrə minimal keçid balı 250-dir:
"Gələcəkdə zərurət yarandığı halda bəzi ixtisaslar üzrə keçid balları qaldırıla bilər".
Yaqub Piriyev gələcəkdə ali təhsil proqramlarının kolleclərdə tətbiqinin nəzərdə tutulduğunu qeyd edib: "Hazırda ixtisasların təsnifatı hazırlanır. Gələcəkdə ali təhsildə olan ixtisasların təsnifatı kolleclərdə olan ixtisasların təsnifatına transformasiya edilməlidir. Burada məqsəd bakalavr ali təhsilinə keçidi təmin etməkdir. Gərək proqramlar elə uzlaşsın ki, orta ixtisas təhsilindən ali təhsilə keçid olduqda onların qazandıqları kreditlər ali təhsildə tanınsın və ali təhsildə onların normativ təhsil müddətləri azalsın".
"Clarivate Analytics" təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə bildirib ki, 2015-ci ilin dekabrından dünyanın aparıcı elmi platforması olan "Web of Science" ilə əməkdaşlıq nəticəsində ölkənin təhsil müəssisələrinin müəllim və tələbələrinin bu elmi bazada indekslənən məqalələrinin sayı 57 faiz artıb. Son üç ildə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrinin impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayı 950 olub.
Seminarda pedaqoji ixtisaslara qəbul olunanlar, ali təhsil müəssisələrində Prezident təqaüdçülərinin tədris illəri üzrə sayı və artım dinamikası, eləcə də son üç ildə 541 nəfərin fəlsəfə doktoru, 103 nəfərin elmlər doktoru elmi dərəcələrini almaları barədə məlumat verilib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.