Bakıda qucağında azyaşlı maşın sürən şəxs qəza törədib, uşaq ölüb Hadisə

Bakıda qucağında azyaşlı maşın sürən şəxs qəza törədib, uşaq ölüb

Bakıda həyətində azyaşlı övladı qucağında avtomobil idarə edən sürücü qəza törədib.

APA-nın məlumatına görə, hadisə ötən gün paytaxtın Zabrat qəsəbəsində baş verib.

Məlumata görə, qəsəbə sakini sakini 1992-ci il təvəllüdlü Tural Süleymanov qucağında oğlu 2018-ci il təvəllüdlü övladı ilə “BMW” markalı avtomobilə oturub yaşadığı evin həyətində idarə etdikdə uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib.

U.Süleymanlı hadisə yerində ğlüb, T.Süleymanov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.