"Azərbaycan sivilizasiyalar arasında dialoqun körpüsünə çevrilə bilər" Gündəm

"Azərbaycan sivilizasiyalar arasında dialoqun körpüsünə çevrilə bilər"

"Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Vatikan səfəri və Romada Müqəddəs Kommodilla katakombalarının bərpasından sonra keçirilən açılış mərasimində iştirakı yalnız mədəni hadisə deyil. Bu, Azərbaycanın humanizm və qarşılıqlı hörmət dəyərlərinə əsaslanan mədəni diplomatiyasının parlaq nümunəsidir".

Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Heydər Əliyev Fondunun xaricdəki tarixi və dini abidələrin bərpasına verdiyi dəstək Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu təşəbbüslər bir daha göstərir ki, mədəni irsə hörmət milli və dini sərhədləri aşan ümumbəşəri dəyərdir. Bu, təkcə tarixi abidələrin qorunması deyil, həm də xalqlar arasında etimadın formalaşması prosesidir. Mehriban Əliyevanın Müqəddəs Kommodilla katakombalarının açılışında iştirakı da məhz bu mənanı daşıyır: Azərbaycan göstərir ki, mədəni əməkdaşlıq dinlər və sivilizasiyalar arasında dialoqun körpüsünə çevrilə bilər.

Cavid