

Fransanın sabiq prezidenti Nikola Sarkozi evini tərk edib.
APA BFM TV-yə istinadən xəbər verir ki, o, həyat yoldaşı Karla Bruni ilə birlikdə evinin qarşısında toplaşan tərəfdarlarını salamlayıb.
Daha sonra Sarkozi La Sante onu həbsxanaya aparacaq avtomobilə əyləşib.
***
02:58
Fransanın sabiq prezidenti, 2007-2012-ci illərdə bu vəzifədə olmuş Nikola Sarkozi Parisin 14-cü bölgəsində, Senanın sol sahilində yerləşən Sante həbsxanasında saxlanılacaq.
APA xəbər verir ki, Sarkozi Fransanın müharibədən sonrakı tarixində həbs olunan ilk prezident olacaq.
Belə ki, sentyabrın 25-də sabiq dövlət başçısı korrupsiyada ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.