“TAP Albaniyada iqtisadi inkişafı dəstəkləyir” Hadisə

“TAP Albaniyada iqtisadi inkişafı dəstəkləyir”

Azərbaycan təbii qazını Avropaya daşıyacaq "Trans-Adriatik" (TAP) qaz boru kəməri layihəsi Albaniyada iqtisadi inkişafı dəstəkləyir.
Bu barədə "Standard and Poor’s" (S&P) reytinq agentliyi tərəfindən Albaniya iqtisadiyyatına dair hazırlanan hesabatda deyilir.
Bildirilir ki, TAP Albaniyanın iqtisadi inkişafının əsasında dayanan layihələr sırasındadır. Ölkənin davamlı iqtisadi artımının dəstəkləyən layihələr sırasında 2019-cu ildə tamamlanması nəzərdə tutulan TAP mühüm yer tutur.
Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizdən çoxu icra edilib. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanda - Kipoidə, digəri isə Albaniyada - Fierdə olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına ötən ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Fierdəki stansiyaya turbo kompressorlar çatdırılıb və quraşdırılıb. Bu kompressor stansiyasının tikintisinin ümumilikdə 40 faizdən çoxu tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasındakı işlərə keçən ilin birinci rübündə başlanılıb. Hazırda tikinti işlərinin 40 faizi yekunlaşıb.