BAXCP sədri İndoneziya səfirinə başsağlığı verib Hadisə

BAXCP sədri İndoneziya səfirinə başsağlığı verib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev İndoneziyanın Azərbaycandakı səfiri Husnan bey Fananiyə başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab səfir, İndoneziyada baş verən zəlzələ və sunami nəticəsində çoxsaylı insan tələfatının olması məni kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş İndoneziya xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".