Gürcüstandan gələn vətəndaşlar saxlanılıb Hadisə

Gürcüstandan gələn vətəndaşlar saxlanılıb

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi maşında telefon və siqaretlər aşkar olunub. Gömrük Komitəsindən verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin salonunun tavanından 11 ədəd "Samsung Galaxy J2" markalı mobil telefonlar və 1400 ədəd "Gold Marlboro Edge " markalı siqaretlər aşkarlanıb.