AK: Ukrayna 2026-cı ildə 20 milyard avro büdcə dəstəyi ala bilər Dünya

AK: Ukrayna 2026-cı ildə 20 milyard avro büdcə dəstəyi ala bilər

Kiyev Avropa İttifaqının tələblərinə uyğun islahatlar həyata keçirəcəyi təqdirdə 20 milyard avro məbləğində büdcə dəstəyi ala bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Girom Mersye Brüsseldə keçirilən brifinqdə bəyan edib.

"Əgər bu islahatlar 2026-cı ildə reallaşdırılarsa, onlar 20 milyard avro həcmində büdcə dəstəyinə yol aça bilər", - deyə o bildirib.

O qeyd edib ki, əsas islahatlar qanunun aliliyinin təmin edilməsi və korrupsiyaya qarşı mübarizə sahələrini əhatə edir.

Məryəm Quliyeva