FHN “Yanğın təhlükəsizliyi ayı” keçirir Hadisə

FHN “Yanğın təhlükəsizliyi ayı” keçirir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti fevralın 1-dən martın 1-dək "Yanğın təhlükəsizliyi ayı" keçirir.
"Yanğın təhlükəsizliyi ayı" ərzində Xidmətin ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin şəxsi heyəti tərəfindən təyinatından asılı olmayaraq, insanların kütləvi toplaşdığı obyektlərdə və yaşayış yerlərində vətəndaşların yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi, yanğına qarşı su təchizatının istifadəyə yararlı, təxliyə yollarının qaydalara uyğun olaraq, saxlanılmasına xüsusi diqqətin yetirilməsi nəzərdə tutulur.
Həmçinin yanğının baş verə biləcəyi yerə yanğınsöndürmə avtomobillərinin vaxtında, eləcə də sərbəst şəkildə yaxınlaşmasına maneçilik törədən dirəklərin basdırılması və ya beton plitələrin düzülməsi ilə yolların hərəkət hissəsinin tam və ya qismən bağlanması hallarının aradan qaldırılması üçün FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.