AVCİYA bələdiyyə seçkiləri ilə bağlı təqdimat keçirib Hadisə

AVCİYA bələdiyyə seçkiləri ilə bağlı təqdimat keçirib

Dünən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərərgahının Bələdiyyə seçkiləri ilə bağlı fəaliyyət proqramının təqdimatı keçirilib. Təqdimatda çıxış edən AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfqarlı deyib ki, AVCİYA Seçki Qərargahı 2019-cu ilin dekabrında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri ilə əlaqədar özünün fəaliyyət proqramı əsasında işlərini təşkil edir. Assosiasiya 2019-cu ilin dekabrında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri ilə bağlı fəaliyyət proqramına uyğun olaraq ilk mərhələdə aşağıdakı işləri görməyi planlaşdırır: Bələdiyyəyə aid beynəlxalq təcrübənin öyrənilməsi; Bələdiyyə seçkilərinə aid qanunvericilik bankının yaradılması; "Seçki məcəlləsi"nə dəyişikliklərlə bağlı tövsiyyələrin hazırlanması; Seçki öncəsi vəziyyətin monitorinqinin təşkili; Broşur və bülletenlərin hazırlanması; Regionlarda seçici fəallığının artırılması üçün maarifçilik işlərinin təşkili; Seçki prosesi ilə məşğul olan beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması və əməkdaşlığın təşkili; Seçkilərin monitorinqi ilə məşğul olan digər ölkələrinin QHT-ləri ilə əməkdaşlığın genişləndirilməsi; AVCİYA Seçki Qərargahının fəaliyyəti ilə bağlı KİV-ə mütəmadi məlumatlar vermək.
Qeyd edək ki, AVCİYA Azərbaycan Respublikasında 2004-cü ildən başlayaraq hazırki dövrə qədər keçirilmiş bütün seçkilərin və referendumun monitorinqini təşkil edib. AVCİYA seçkilərin şəffaf keçirilməsinə yardım etmək məqsədilə 2004-cü ildən bu günə kimi bir sıra metodik vəsait və 16 kitabça nəşr etdirib. Assosiasiyanın hazırladığı sənədlər, Aralıq, Yekun hesabatlar və kitabların elektron variantları www.avciya.az saytında yerləşdirilib. Assosiasiya nümayəndələri Bolqarıstan, Gürcüstan, Belarus, Moldovada müxtəlif missiya tərkiblərində seçkiləri müşahidə ediblər. AVCİYA, sıralarında 36 ölkənin nümayəndələrini birləşdirən Seçki Müşahidəçilərin Dünya Şəbəkəsinin (World Network od Election Observers – www.worldelection.net) üzvüdür.