Pakistanın Baş naziri vasitəçi qismində ABŞ və İranın memorandumunu imzalayıb Gündəm

Pakistanın Baş naziri vasitəçi qismində ABŞ və İranın memorandumunu imzalayıb

Pakistanın Baş naziri Şahbaz Şərif vasitəçi qismində ABŞ və İran arasında anlaşma memorandumunu imzalayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan hökumət başçısının dəftərxanası məlumat yayıb.

Paylaşımda qeyd olunur ki, "İslamabad anlaşma memorandumunu ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkiyan da imzalayıblar". Qurumun yaydığı fotoşəkillərdən sənədin 14 bənddən ibarət olduğu görünür.

ABŞ, İran və Pakistanın rəsmi şəxsləri Vaşinqton və Tehran arasında Yaxın Şərqdəki müharibəyə son qoymaq məqsədi daşıyan razılaşmanın əldə olunduğunu təsdiqləyiblər. İran xarici işlər nazirinin müavini Kazem Qaribabadinin sözlərinə görə, 60 günlük atəşkəs zamanı tərəflər həmçinin Tehranın nüvə proqramını da müzakirə edəcəklər. İyunun 15-dən etibarən ABŞ tərəfindən İrana tətbiq edilən dəniz blokadasının başa çatması, eləcə də Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi olaraq dayandırılması elan edilir. ABŞ və İsrail İranla müharibəyə fevralın 28-də başlayıblar.

Məryəm Quliyeva