Litva hökuməti iyunun 23-də istefa verəcək Gündəm

Litva hökuməti iyunun 23-də istefa verəcək

Baş nazir Inqa Ruqinene başda olmaqla Litva hökuməti iyunun 23-də istefa verəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Delfi" portalı Baş nazirin müşaviri İqnas Dobrovolsgasa istinadən məlumat yayıb.

Qeyd edildiyi kimi, Nazirlər Kabinetinin yeni tərkibində hakim Litva Sosial-Demokrat Partiyası (LSDP) doqquz nazirliyə nəzarəti saxlayacaq, "Litva naminə Demokratlar" partiyasına üç qurum qismət olacaq, Kəndlilər və Yaşıllar İttifaqının nümayəndələri isə iki nazir postunu tutacaqlar.

Yeni koalisiyanın formalaşdırılması məsələsi sosial-demokratların iyunun 6-da "Neman üzərində dan yeri" (Nemuno aušra) partiyasını populist siyasətdə ittiham edərək onunla əməkdaşlığı dayandırmaq qərarına gəlməsindən sonra gündəmə gəlib. Hakim LSDP-nin sədri Mindauqas Sinkyaviçyus Baltikyanı respublikanın Baş naziri postunu tutmaq qərarına gəldiyini bəyan edib. O, 2024-cü il parlament seçkilərindən sonra Nazirlər Kabinetinin artıq üçüncü rəhbəri olacaq.

Litva Seymi (parlamenti) Litva Sosial-Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Ruqineneni ötən ilin avqustunda hökumət başçısı postuna təsdiq etmişdi.

Məryəm Quliyeva