İslam İnkişaf Bankının rəhbəri: Etimad böyük məsuliyyətdir İqtisadiyyat

İslam İnkişaf Bankının rəhbəri: Etimad böyük məsuliyyətdir

Mən yalnız şərəf duymuram, həm də İslam İnkişaf Bankında mənə və komandama göstərilən etimada görə dərin minnətdarlıq hissi keçirirəm.

"APA-Economics" xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casser Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “İslam İnkişaf Bankı Qrupunun sədri ilə açıq söhbət formatında görüş” adlı sessiyada bildirib.

O bildirib ki, İdarəedici Şuralar tərəfindən yenidən seçilməsi onun üçün həm şərəf, həm də böyük məsuliyyətdir:

“İdarəedici şuralar mənim namizədliyimi təsdiqlədilər, deməli, görünür, məndən tam narazı deyillər. Mənə daha beş il də etimad göstərdilər. Yaşımda olan biri artıq təqaüd barədə düşünə bilər, amma İslam İnkişaf Bankının gördüyü işlərə şahidlik etdikdə bu, böyük bir nemətdir”.

Sədr əlavə edib ki, son illərdə görülən işlər çətinliklərə baxmayaraq mühüm nəticələr verib:

“Bütün çətinliklərə baxmayaraq, gördüyümüz işlərin hər anı buna dəyər”.

O, üzv ölkələrə etimada görə təşəkkür edib.