İsmail Kartal yenidən “Fənərbaxça”nın baş məşqçisi təyin olunub
Regional əlaqələrin gücləndirilməsində dövlət-özəl tərəfdaşlığının roluna dair sessiya keçirilib
Pakistanın Baş naziri vasitəçi qismində ABŞ və İranın memorandumunu imzalayıb
NATO çəkindirməni gücləndirmək üçün nüvə potensialını modernləşdirəcək
13:04
721
ABŞ-nin bir çox NATO müttəfiqinin İranla münaqişədə amerikalılara kömək etməkdən imtina etməsi heç bir bəraəti olmayan bir rəzalətdir.
Xalqcebhesi.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset bəyan edib.
"Müttəfiqlərimizin çoxu "yox" dedi, ya bizi qarmaqarışıq hüquqi müstəvidə gedən debatların içində boğmağa çalışdı, ya da özlərinin hazır olmadıqları və ya bacarmadıqları bir şeyə görə bizi açıq şəkildə tənqid etdi. Bu, rəzalət idi", — deyə o, alyans üzvü olan bir sıra ölkələrin İranla münaqişədə ABŞ-yə kömək etməkdən imtina etməsini şərh edərkən NATO-nun müdafiə nazirlərinin görüşündə bildirib.
Heqsetin sözlərinə görə, ABŞ qoşunlarının köçürülməsi və döyüş əməliyyatlarının aparılması üçün hərbi bazalara çıxışın bağlanması da daxil olmaqla, edilən bu imtinalar amerikalı hərbçilərin həyatını təhlükəyə atıb. "Bunun heç bir bəraəti yoxdur", — deyə nazir vurğulayıb.
Məryəm Quliyeva