İsmail Kartal yenidən “Fənərbaxça”nın baş məşqçisi təyin olunub
Regional əlaqələrin gücləndirilməsində dövlət-özəl tərəfdaşlığının roluna dair sessiya keçirilib
Pakistanın Baş naziri vasitəçi qismində ABŞ və İranın memorandumunu imzalayıb
NATO çəkindirməni gücləndirmək üçün nüvə potensialını modernləşdirəcək
13:08
686
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə görüşündən sonra Azərbaycan Prezidentinin iştirakı ilə “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” layihəsi üzrə Kredit sazişi imzalanıb.
Həmçinin, imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Ərəb Koordinasiya Qrupu üzvləri arasında “Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi üzrə əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu” mübadilə olunub.

