16:16
1 295
İran və ABŞ nümayəndə heyətləri cümə günü İsveçrədə ilk raund birbaşa danışıqlar keçirəcək və bu müddətdə İranın nüvə proqramı da daxil olmaqla, bəzi texniki məsələlər müzakirə ediləcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, tərəflər İslam Respublikasının "nüvə proqramı ilə bağlı siyasi aspektləri", anti-İran sanksiyalarının ləğvi və İran aktivlərinin dondurulmasının açılması problemlərinə aid olan "hüquqi aspektləri", həmçinin Livan və şiə "Hizbullah" hərəkatının fəaliyyəti ilə bağlı məsələləri nəzərdən keçirməyi planlaşdırır. Görüşlərin Sürixdə keçirilə biləcəyi qeyd olunur.
Kanalın mənbələrinin məlumatına əsasən, danışıqlarda Qətər və Pakistan nümayəndələri iştirak edəcəklər, bəzi görüşlərdə isə Türkiyə və Səudiyyə Ərəbistanının nümayəndələri iştirak edəcək.
Məryəm Quliyeva