Rəşad Məciddən rusdilli məktəblərə Hadisə

Rəşad Məciddən rusdilli məktəblərə

"Sən demə, hamısı mifdir!"

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Bakıdakı rusdilli məktəblərdə təhsilin səviyyəsinin aşağı düşdüyünü bildirib.
R.Məcid bununla bağlı fikirlərini bölüşüb:"Rus məktəblərinə meyillənən valideynlərin nəzərinə bir neçə faktı çatdırmaq istəyirəm! Məncə , mediamız və həmkarlarımız bu məsələləri qabartmaqla rus məktəblərinə qarşı çazibəni bir az azalda bilər! Sən demə, indi rus məktəblərinin Azərbaycan məktəblərindən səviyyəli olması barədə təsəvvürlər mifdir! Keçmiş sovet dövründən qalan illüziyadır! Yaxşı müəllimlər və peşəkar kadrlar azlıq təşkil edir! Rus məktəblərində təhsilin səviyyəsi müqayisədə geri qalır!
Heç Bakının ən çox tələbə adını qazanan məzunları olan 5 ən yaxşı məktəbi sırasında da rus məktəblərinin adı yoxdu!
Ona gərə də, rusca bilməyən uşaqlarını zorla rus məktəbində oxutdurmaq istəyən valideynlər səhv qərar verir, övladlarının gələcəyini indidən riskə atmış olurlar!"