Prezident: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır
İyunda Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək
İlham Əliyev: Bu gün Türk Dövlətləri Təşkilatının qlobal proseslərdə rolu və mövqeyi güclənir
Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - YENİLƏNDİ
27 İyun 2019 12:44
1 771
Azərbaycanda turistlərin problemlərinin dinlənilməsi və həll edilməsinə kömək etmək üçün turizm "polis"i yaradılacaq.
Bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.
Aparat rəhbərinin sözlərinə görə, turizm "polis"ləri turistlərə xidmət göstərəcək şəxslər olacaqlar. Turistlər ölkədə olarkən, şəhərdə gəzərkən çətinlik çəkdiyi zaman bu xidmətlərdən istifadə edəcəklər.
K.Qasımov qeyd edib ki, ölkədə turistlərə xidmət göstərən dövlət qurumlarının bütün xidmətlərinin vahid mərkəzdən idarə olunması üçün "Qaynar xətt"in yaradılması nəzərdə tutulur: "Turist "Qaynar xətt"ə müraciət etməklə problemlərini həll edə, suallarına cavab tapa bilər. Bununla turistlə dövlət arasında əlaqə yaradılır ki, onların problemi daha çevik həllini tapsın".