“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
18 Sentyabr 2019 17:45
1 337
Bu gün acınacaqlı, ağır və bəlkə də bağışlanması çətin olan bir hadisə baş verib. “Bakubus” sürücüsü ana və onunla birlikdə olan 3 övladından gediş haqqı tələb edib, əks halda avtobusu sürməyəcəyini deyib.
Bunu Milli Məclisin deputatı Fazil Mustafa bildrib.
O qeyd edib ki, doğrudur hüquq baxımından sürücü haqlıdır, çünki 5 yaşdan yuxarı uşaqların nəqliyyat xərcinin ödənilməsi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib:
“Ancaq düşünün, həmin ana ödəniş imkanı olmadığına görə sürücünün israrı ilə üç övladını avtobusdan düşürüb və evə dönüb. Demək ki, 3 Azərbaycan övladı imkansızlığa görə məktəbə gedə bilməyib”.
Fazil Mustafa daha sonra çıxış yolunu göstərib:
“Burada çıxış yolu nədir? Nazirlər Kabineti bu qərarı mütləq dəyişməlidir. Məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır. Hökumət bunun kompensasiya yolunu tapa bilər. Əsas hədəfimiz heç bir uşağın məktəbdən kənarda qalmamasıdır. Bakı Nəqliyyat Agentliyi və Bakı Metropoliteni həftə içi günlərdə məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır. Uşaq pul qazanmırsa, valideynin də nəqliyyat üçün ödəməyə pulu yoxdursa, uşaq oxumamalıdır?”
Məsələ ilə bağlı Nazirlər Kabinetinin (NK) mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, hər bir millət vəkilinin qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var: “Hörmətli millət vəkili bu hüquqdan istifadə edərək, təşəbbüslə çıxış edib, Nazirlər Kabinetinə rəsmi qaydada təkliflə müraciət edə bilər”.
Məlumatda həmçinin bildirilib ki, müraciət olunacağı təqdirdə, həmin təklifə lazımi diqqət göstəriləcək və məsələyə qanunvericilik çərçivəsində baxılacaq.
1 Noyabr 17:46
1 848
1 Noyabr 14:21
1 841
31 Oktyabr 20:55
2 261