12:56
448
Azərbaycan Mərkəzi Bankı (AMB) daha güclü maliyyə institutlarının formalaşmasına xidmət edən bank birləşmələrini və satınalmaları dəstəkləyir.
“APA-Economics” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bank sektorunda konsolidasiya daha iri və güclü iştirakçıların yaranmasına, bununla da rəqabətin artmasına şərait yarada bilər.
AMB sədri vurğulayıb ki, konsolidasiyanın nəticəsi əsasdır. İki problemli bankın birləşdirilməsi problemləri böyüdə bilər. Bankların birləşməsi daha güclü maliyyə institutunun yaranması ilə nəticələnirsə, Mərkəzi Bank belə prosesi dəstəkləyir.
Taleh Kazımov qeyd edib ki, informasiya texnologiyaları və rəqəmsallaşma üçün tələb olunan investisiyalar kiçik bankların rəqabət aparmasını çətinləşdirir. Bu baxımdan birləşmə və ya satınalma onların daha səmərəli fəaliyyət göstərməsi üçün çıxış yolu ola bilər.
AMB sədri hazırda əlavə konkret konsolidasiya planı barədə məlumat olmadığını, yeni proseslər baş verərsə, ictimaiyyətə açıqlanacağını bildirib.
13:16
329
12:53
434
12:00
504