10:27
476.jpg)
Birləşmiş Ştatlar Ruanda Müdafiə Nazirliyini Konqo Demokratik Respublikasında (DKR) "23 Mart Hərəkatı" (M23) üsyançı qruplaşmasını dəstəkləməkdə ittiham edərək bu quruma qarşı sanksiyalar tətbiq edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilib.
ABŞ, həmçinin Vaşinqtonun M23 üsyançılarını maliyyələşdirməkdə şübhəli bildiyi Ruandanın "Zigama" kredit təşkilatına qarşı da sanksiyalar tətbiq edib. DKR hakimiyyəti ABŞ-ın bu qərarını məmnunluqla qarşılayıb və Ruandanı üsyançılara dəstəyi dayandırmağa çağırıb. Öz növbəsində Ruanda hakimiyyəti DKR-in vəziyyətin nizama salınmasına yönəlmiş Vaşinqton sazişlərinin bir sıra şərtlərini yerinə yetirmədiyini diqqətə çatdırıb.
DKR-in şərqindəki böhran ən böyüyü M23 olan üsyançı qruplaşmaların fəallığının genişlənməsi ilə alovlanıb. Bu qruplaşma 2012-ci ildə Konqo ordusunun fərariləri tərəfindən yaradılıb. Əksəriyyəti tutsi xalqına mənsub olan üsyançı dəstələri 2021-ci ildə ölkənin şərqində hərbi əməliyyatları bərpa edərək iki əyalətin inzibati mərkəzi daxil olmaqla 100-dən çox şəhər və yaşayış məntəqəsini ələ keçiriblər. DKR hakimiyyəti qonşu Ruandanı M23-ə birbaşa dəstək verməkdə ittiham edir.
Məryəm Quliyeva