"İran iki əsas istiqamətdə diplomatik fəaliyyət aparır" Dünya

"İran iki əsas istiqamətdə diplomatik fəaliyyət aparır"

Müasir beynəlxalq münasibətlərdə diplomatiya nadir hallarda yalnız danışıqlar masası arxasında aparılan müzakirələrlə məhdudlaşır. Münaqişə kontekstində o, çox vaxt mübarizənin başqa vasitələrlə davamı kimi çıxış edir: tərəflər eyni zamanda həm dialoqu qoruyub saxlamağa, həm zəif görünməməyə, həm də öz təsir imkanlarını gücləndirməyə çalışırlar. İranın hazırkı xarici siyasətini məhz bu prizmadan – eyni anda həm gərginliyin azaldılmasına aparan yol, həm də təsir vasitəsi kimi – qiymətləndirmək lazımdır.

Xalqcebhesi.az xəbər verir ki, bunu Yaxın Şərq üzrə ekspert Vasili Papava deyib.

"Mövcud böhran fonunda İran diplomatiyası mürəkkəb və çoxqatlı bir strategiyanı əks etdirir; bu strategiya çərçivəsində Tehran həm danışıqlar qapısını açıq saxlamağa, həm də hərbi və iqtisadi təzyiqlər qarşısında öz mövqeyini gücləndirməyə çalışır. Bu strategiyanı anlamaq üçün hazırkı vəziyyətə gətirib çıxaran hadisələr zəncirini xatırlamaq lazımdır" - o, qeyd edib.

Papava deyib ki, İran iki əsas istiqamətdə diplomatik fəaliyyət aparır: bir tərəfdən vasitəçilər vasitəsilə Vaşinqtonla dolayı təmaslar qurur, digər tərəfdən isə öz mövqeyini gücləndirmək üçün regional və İslam dünyası platformalarından istifadə edir.: bir tərəfdən vasitəçilər vasitəsilə Vaşinqtonla dolayı təmaslar qurur, digər tərəfdən isə öz mövqeyini gücləndirmək üçün regional və İslam dünyası platformalarından istifadə edir.

Cavid