13:12
420
Növbəti, sayca 14-cü "MQ-1" pilotsuz uçuş aparatı bir neçə saat əvvəl Hörmüz boğazının şərqində, Siriklə üzbəüz səmada ələ keçirilərək məhv edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
"Bir neçə saat əvvəl Hörmüz boğazının şərqində (Siriklə üzbəüz) səmada ölkənin vahid hava hücumundan müdafiə şəbəkəsinin idarəetməsi altında olan SEPAH-ın yeni müasir aerokosmik HHM sistemi tərəfindən 14-cü müasir "MQ-1" pilotsuz uçuş aparatı ələ keçirilərək məhv edilib", - deyə bəyanatda bildirilir.
Məryəm Quliyeva