Mətbuat Şurası Bakıda məktəbdəki insidentlə bağlı açıqlama yayıb
Rəşad Məmmədov Özbəkistan Ali Məhkəməsinin sədri ilə görüşdü
Azərbaycanda sığorta şirkətlərinin kapitalının hesablanması qaydası dəyişəcək
“Nüvə proqramı məsələsində dərhal yekun razılaşma gözləmək inandırıcı deyil”
İran Hörmüz boğazı üzərində 14-cü "MQ-1" PUA-sını vurduğunu açıqlayıb
12:22
413
Azərbaycan Mərkəzi Bankı (AMB) hazırda valyuta alqı-satqısı ilə bağlı mövcud tələbləri yumşaltmağı və ya dəyişdirməyi nəzərdə tutmur.
“APA-Economics” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda valyuta alqı-satqısına sərt məhdudiyyətlər tətbiq edilmir. Mövcud tələblər əsasən əməliyyatlara nəzarət və xarici valyutanın alınmasına yönəldilən manat vəsaitinin mənbəyini təsdiqləyən sənədlərlə bağlıdır.
AMB sədri ailədə yalnız bir nəfərin işləməsi səbəbindən valyuta almağın mümkün olmaması barədə deyilənlərin onun üçün təəccüblü olduğunu qeyd edib. O, bəzi valyuta mübadiləsi məntəqələrində tələblərin müştərilərə düzgün izah edilməməsi ehtimalını istisna etməyib.
Taleh Kazımov bildirib ki, iqtisadi fəallığın artması ilə valyutaya tələb də yüksələ bilər. Bu səbəbdən qaydaların bazardakı qısamüddətli dəyişikliklərə uyğun tez-tez dəyişdirilməsini məqsədəuyğun hesab etmir.