"İislahatlar işimizə çox böyük təsir göstərir" Hadisə

"İislahatlar işimizə çox böyük təsir göstərir"

"Qiymətləndirmə və təhsil sistemində, ümumilikdə ölkədə aparılan islahatlar işimizə çox böyük təsir göstərir". Bunu "Yeni İmtahan modeli: islahatlar, nəticələr və gözləntilər" mövzusunda keçirilən konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, 20 ildən çoxdur hər keçirilən imtahandan sonra geniş elmi-statistik təhlillər aparılır: "Bu təhlillər indi də aparılır, ancaq builki imtahanların statistik təhlillərilə bağlı hər hansı fikir söyləyə bilmərəm. Çünki həmin tədqiqatlar hazırda davam edir. Sosial Tədqiqatlar Mərkəzinin sorğularının nəticələri də yalnız imtahan prosedurları ilə bağlıdır. Bizdə də belə növ tədqiqatlar aparılır. STM-in səsləndirdiyi fikirlər bizim üçün çox vacibdir. Bütün bu nəticələri gələcəkdə öz işlərimizdə mütləq nəzərə alacağıq. Sosial xarakterli araşdırmalar ilk dəfə olsa da, bunu davam etdirmək lazımdır. Araşdırmalar üçün qoyulan məsələlər ilkin kəşfiyyat xarakterli aparılan sorğudur". Məleykə Abbaszadə qeyd edib ki, problemləri təkcə şagirdlərlə yox, müəllimlərlə, təhsil sistemində işləyən ekspertlərlə müəyyənləşdirib daha dərin tədqiqatlar aparmaq lazımdır.