Tanınmış hüquqşünas da deputatlığa namizəd olacaq Hadisə

Tanınmış hüquqşünas da deputatlığa namizəd olacaq

Hüquq müdafiəçisi Səməd Vəkilov növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürüb.

Avrasiya.net xəbər verir ki, hüquqşünas, hüquq müdafiəçisi Səməd Vəkilov 09 fevral 2020-ci il tarixdə keçiriləcək Parlament seçkilərinə qatılacaq.O, 28 saylı Sabunçu 3-cü seçki dairəsində namiziədliyini irəli sürüb.

S.Vəkilov bildirb ki, artıq bu gün sənədlərini Dairə Seçki Komissiyaya təqdim edib.

Məlumat üçün bildirək ki, 1975-ci ildə anadan olmuş, Səməd Vəkilov ali təhsilli hüquqşünasdır.Döyüş bölgəsində-Füzuli-Cəbrayıl istiqamətində (Lələ Təpə) həqiqi hərbi xidmət (1998/1999-cu illərdə) keçib. Hərbi xidmət zamanı hərbi-hissənin döyüş fəalları siyahısına daxil edilərək dəfələrlə komandanlıq tərəfindən təşəkürlərə layiq görülüb. Qeyri-maddi mədəni irsin hüquqi qorunmasına dair 5-dən artıq elmi və çox sayda publisitik məqalələrin müəllifidir. AMEA Reyasət Heyəti tərəfindən təsdiq edilmiş, “Folklor nümunələrinin hüquqi qorunması və milli reyestrin aparılması Startegiyasının” və “Hüquq və mədəniyyət” kitabının müəllifi “Çağdaş Azərbaycanda İslam və cəmiyyət” kitabının həmmüəllifidir.

İnsan hüquqları və möhkəmələrin monitorinqi sahəsində bir çox layihələrin iştirakçısı və rəhbəri olub. Belə ki, ATƏT-in Demokratik Təhsisatlar və İnsan Hüquqları Bürosunun Bakı ofisinin “Məhkəmələrin monitorinqi”(2004) , “Məhkəmə qərarlarının icrasının monitorinqi”(2004), “Regionlarda məhkəmələrə ictimai nəzarət”, “İmkanların bərabərliyi”, Ədalətli məhkəmə araşdırması hüququnun monitorinqi” “Seçki müşahidəçiləri üçün” seminar. “Təhsil sahəsinə ayrılan büdcə vəsaitlərinin şəffaflığı” “Xaricdə yaşayan Azərbaycanlıların beynəlxalq hüquqi təminatlar” layihələrində hüquq eksperti kimi iştirak edib.

Təcürbəli hüquqşünas S.Vəkilov Hərbi-hissədə tədqiqatçı köməkçisi, Müstəqil Elmi-Praktiki Hüquq Mərkəzində şöbə müdiri, İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsində icraçı drektor, AMEA Folklor İnstitunda və Prezident yanında KİVDF-də hüquq müşaviri vəzifəsində çalışıb. 2008-ci il tarixdən İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan Müvəkkil Hüquq Mərkəzinin sədri, Vaqif Səmədoğlu Mərkəzinin təsisçisidir(2019).

Xatırladaq ki,hüquqşünas Səməd Vəkilov Azərbaycan tarixində müstəsna xidmətləri olan məşhur Vəkilovlar nəslinin nümayəndələrindən biridir.