Kriptobirjada son durum: "Bitcoin" 1%-dən çox ucuzlaşıb İqtisadiyyat

Kriptobirjada son durum: "Bitcoin" 1%-dən çox ucuzlaşıb

Qlobal kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə qarışıq qiymət dinamikası qeydə alınıb.

Bazar kapitallaşması 0,81% azalaraq 2,24 trilyon ABŞ dollarına enib. “CoinMarketCap” 20 (CMC20) indeksi isə 0,89% geriləyərək 133,91 bənd təşkil edib.

Ən böyük kriptovalyuta olan “Bitcoin” (BTC) son 24 saatda 1,02% ucuzlaşaraq 65 633,82 ABŞ dollarına düşüb. “Ethereum” (ETH) 0,58% azalaraq 1 922,52 dollar, BNB isə 0,26% enərək 569,98 dollar səviyyəsində ticarət olunur.

İlk onluqda ən çox geriləyən aktiv “Zcash” (ZEC) olub. Onun qiyməti son 24 saatda 1,63%, son bir həftədə isə 9,23% azalıb. “Bitcoin Cash” (BCH) 2,90%, Bittensor (TAO) isə 2,69% dəyər itirib.

Bununla yanaşı, qızılla təmin olunan rəqəmsal aktivlər “Tether Gold” (XAUt) və PAX Gold (PAXG) müvafiq olaraq 0,06% və 0,08% bahalaşıb.

Bazardakı zəif dinamika investorların riskli aktivlərə ehtiyatlı yanaşması, Yaxın Şərqdə geosiyasi gərginlik fonunda təhlükəsiz aktivlərə marağın artması və mənfəət realizasiyası ilə əlaqələndirilir. Bu səbəbdən kapitalın bir hissəsi qızılla təmin olunan tokenlərə yönəlir, əsas kriptovalyutalarda isə satış təzyiqi müşahidə olunur.