Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Son sutkada qlobal fond bazarlarında əsas indekslər üzrə qarışıq dinamika müşahidə olunub.

ABŞ fond bazarlarında ticarət əsasən enişlə başa çatıb, Avropa və Asiya-Sakit okean regionunda isə əksər indekslər yüksəlib.

ABŞ-da “Dow Jones” indeksi 6,06 bənd (0,01%) azalaraq 52 218,58 bəndə, “S&P” 500 indeksi 10,24 bənd (0,14%) enərək 7 498,96 bəndə, “Nasdaq Composite” isə 146,31 bənd (0,57%) geriləyərək 25 690,90 bəndə düşüb. Bununla yanaşı, “NYSE Composite” 29,52 bənd (0,12%) artaraq 23 919,71 bəndə, Kanadanın “S&P/TSX Composite” indeksi isə 116,03 bənd (0,33%) yüksələrək 35 485,11 bəndə çatıb.

Avropa bazarlarında müsbət əhval-ruhiyyə üstünlük təşkil edib. “Euro Stoxx” 50 indeksi 31,36 bənd (0,50%) artaraq 6 316,99 bəndə, Böyük Britaniyanın FTSE 100 indeksi 131,06 bənd (1,24%) yüksələrək 10 716,97 bəndə, Almaniyanın “DAX” indeksi 144,06 bənd (0,58%) artaraq 25 155,41 bəndə, Fransanın “CAC” 40 indeksi 74,75 bənd (0,89%) yüksələrək 8 437,89 bəndə, İspaniyanın “IBEX” 35 indeksi isə 191,50 bənd (0,99%) artaraq 19 571,30 bəndə çatıb.

Asiya-Sakit okean regionunda Yaponiyanın Nikkei 225 indeksi 364,55 bənd (0,55%) yüksələrək 66 480,15 bəndə, “TOPIX” 20,59 bənd (0,51%) artaraq 4 053,72 bəndə, Honq Konqun Hang Seng indeksi 334,40 bənd (1,34%) yüksələrək 25 227,06 bəndə, Avstraliyanın “S&P/ASX” 200 indeksi 50,93 bənd (0,58%) artaraq 8 873,90 bəndə yüksəlib. Çinin “CSI” 300 indeksi isə 9,29 bənd (0,20%) azalaraq 4 707,96 bəndə enib.

Bazar iştirakçıları diqqəti bu gün açıqlanacaq ABŞ makroiqtisadi göstəricilərinə və iri texnologiya şirkətlərinin maliyyə nəticələrinə yönəldib. İnvestorlar eyni zamanda mərkəzi bankların faiz siyasəti ilə bağlı siqnalları qiymətləndirməyə davam edirlər.