“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
26 Dekabr 2019 11:46
1 890
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bu günə qədər 84 iordaniyalı oxuyub. Onlardan 75-i keçmiş SSRİ dövründə, 9 nəfəri isə 2001-2016-cı illərdə təhsil alıb.
Bu fikirlər İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Abdullah Ğoşehlə AzMİU-da keçirilən görüşdə səsləndirilib.
AzMİU-dan bildirilib ki, rektor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi təhsil müəssisəsinin fakültə və ixtisasları, beynəlxalq əlaqələri barədə qonağa məlumat verib. Rektor vurğulayıb ki, ölkələrimiz arasında qurulmuş işgüzar əlaqələr nəticəsində 2011-2016-cı illərdə universiteti bitirən iordaniyalı tələbələrin diplomları öz ölkələrində tanınıb. Hazırda isə İordaniya vətəndaşlarının AzMİU-ya marağı azalıb.
Sami Abdullah Ğoşeh yaxın günlərdə ölkəsinə səfəri çərçivəsində bu məsələ ilə maraqlanacağını xüsusi qeyd edib. Səfir AzMİU ilə İordaniya universitetləri arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib, müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.
Görüşdə tələbə-müəllim mübadiləsi, təqaüd və təcrübə proqramları, təlim və layihələr, “ikili diplom”ların verilməsi üzrə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda səfir universiteti gəzib, Memarlıq fakültəsi ilə yaxından tanış olub.
13 Yanvar 18:45
917
13 Yanvar 18:15
1 043
13 Yanvar 17:46
854


