14 Sentyabr 17:37
14 Sentyabr 14:59
Emin Əmrullayev bu il məktəbə qədəm qoyan şagirdləri təbrik edib
Paytaxtın 7 prospektində və 11 küçəsində “Yaşıl dalğa” rejimi tətbiq edilir
QAİ Qarabağ və Şərqi Zəngəzura diplomatik səfərə Ermənistanın reaksiyasını pisləyib
BMTB Elmi-Tədqiqat İnstitutunda “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
13 Fevral 2020 15:21
2 604
Azərbaycanda bütün sanitar-gigiyenik göstəriciləri beynəlxalq standartlara uyğun olan nümunəvi pilot dönərxanalar fəaliyyət göstərəcək.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində Süfrə MMC yaradılacaq:
“MMC-nin əsas rolu qida təhlükəsizliyi standartlarını özündə əks etdirən pilot layihələri tətbiq etmək olacaq. Belə pilot layihələrdən biri də minimum keyfiyyət təhlükəsizliyi tələblərini özündə əks etdirən dönərxanaların yaradılmasıdır. Təxminən 7 kvadrat metrlik sahəni əhatə edən, amma bütün sanitar-gigiyenik göstəriciləri beynəlxalq standartlara uyğun olan dönərxanalar yaradılacaq. Dönər fəaliyyəti ilə məşğul olan minlərlə kiçik və orta sahibkarlıq subyektlərinə müraciət edəcəyik ki, onlar bu layihədə iştirak etsinlər.
Azərbaycanın müxtəlif regionlarındakı dönərxanalar arasından seçimlər edəcəyik. Dönərxanalar püşkatma yolu ilə seçiləcək. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün bu işlər pulsuz həyata keçiriləcək. Layihə çərçivəsində ilkin olaraq kiçik ölçülü, modul tipli heyvan kəsimi ilə bağlı məntəqələr yaradılacaq. 39 rayonda 40 kəsim məntəqəsi yaradılması nəzərdə tutulub. Hazırda həmin məntəqələrin quraşdırıla biləcəyi yerlər müəyyənləşdirilir”.