ƏHD Partiyasından Bakının qurtuluşu ilə bağlı təbrik mesajı Gündəm

ƏHD Partiyasından Bakının qurtuluşu ilə bağlı təbrik mesajı

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Azərbaycan xalqını Bakının işğaldan azad olunmasının 108-ci ildönümü münasibətilə təbrik edib.
Xalqcəbhəsi.az xəbər verir ki, təbrikdə deyilir:
"ƏHD Partiyası xalqımızı Bakının işğaldan azad olunmasının 108-ci ildönümü münasibətilə təbrik edir. 15 sentyabrda Anadolu türkləri ilə Azərbaycan türkləri Bakının işğalına son qoymaq üçün birgə tökdükləri qanla qardaşlığımızın heç zaman unudulmayacaq şanlı səhifəsini yazdı. Allah şəhidlərimizə rəhmət eləsin, qardaşlığımızı qorusun!".