Litva üzərindəki dronu İtaliya qırıcıları vurub Dünya

Litva üzərindəki dronu İtaliya qırıcıları vurub

Litva üzərindəki dronu İtaliya qırıcıları vurub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "ASTRA" məlumat yayıb.

Bu arada, pilotsuz aparatın qalıqları artıq tapılıb. Hazırda hadisə yerində hərbçilər və Litva polisi işləyir.

"Bu gecə baş verənlər barədə qısaca: təxminən gecə yarısı hava məkanında Litva istiqamətində uçan obyekt müşahid olunub. Təxminən saat 00:20-də eyniləşdirilən pilotsuz aparat Şiauliai aviabazasından havalanan İtaliyadan olan müttəfiq qırıcılar tərəfindən vurulub", — deyə Litva Silahlı Qüvvələri bildirib.

Hələlik hansı dronun vurulduğu və onun göyərtəsində partlayıcı maddə olub-olmadığı məlum deyil.

"Polis və hərbi polis gücləndirilmiş iş rejimində çalışır, biz vəziyyəti qiymətləndirməli, qalıqları toplamalı, bunun necə bir obyekt olduğunu və təyinatını müəyyən etməliyik... Qalıqlar hələlik bunun döyüş dronu olub-olmadığını müəyyən etməyə imkan vermir", — deyə Milli Böhranların İdarə Edilməsi Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas bəyan edib.

Məryəm Quliyeva