14 Sentyabr 17:37
14 Sentyabr 14:59
08:47
420
ABŞ Konqresinin Nümayəndələr Palatasının Prosedur Komitəsi Rusiya əleyhinə sanksiyalarının sərtləşdirilməsi haqqında qanun layihəsinin Palatanın müzakirəsinə çıxarılmasını dəstəkləyib.
Xalqcebhesi.az xəbər verir ki, qanun layihəsinin növbəti baxılma prosesinin razılaşdırılması üzrə iclasdan sonra komitənin saytında dərc olunmuş qərarda deyilir: "Səsvermənin nəticəsi 7-3. Qanun layihəsinə baxılması qaydası ilə bağlı bütün etirazlar ləğv edilir".
Beləliklə, qanun layihəsi Palatanın tam tərkibinin müzakirəsinə çıxarılacaq.
Prosedur komitəsi palatada qanun layihələrinin müzakirə reqlamentinin müəyyən olunmasına cavabdehdir. Xüsusilə, o, sənədlərin müzakirəsi və səsvermə müddətlərini, habelə qəbulu ilə bağlı digər məsələləri müəyyən edir.
Məryəm Quliyeva