14 Sentyabr 17:37
14 Sentyabr 14:59
Emin Əmrullayev bu il məktəbə qədəm qoyan şagirdləri təbrik edib
Paytaxtın 7 prospektində və 11 küçəsində “Yaşıl dalğa” rejimi tətbiq edilir
QAİ Qarabağ və Şərqi Zəngəzura diplomatik səfərə Ermənistanın reaksiyasını pisləyib
BMTB Elmi-Tədqiqat İnstitutunda “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
08:37
378
Yaponiya Yəməndəki vəziyyətdən və dəniz nəqliyyatının, o cümlədən enerji təhlükəsizliyinin təmin olunması baxımından beynəlxalq ictimaiyyət üçün kritik əhəmiyyət kəsb edən Bab əl-Məndəb boğazında gəmiçilik azadlığına yaradılan təhdidlərdən narahatdır.
Xalqcebhesi.az xəbər verir ki, Tokionun bu mövqeyi Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi ilə Yəmənin xarici işlər idarəsinin rəhbəri Əfrah əl-Zuba arasında baş tutan telefon danışığı zamanı ifadə olunub.
Yaponiya XİN-in məlumatında bildirilir ki, nazirin sözlərinə görə, husilərin əməlləri "Bab əl-Məndəb boğazı və Qırmızı dəniz rayonu da daxil olmaqla bütün regionda vəziyyəti sabitlikdən çıxarır, habelə boğazda gəmiçiliyin azadlığı və təhlükəsizliyi üçün ciddi təhlükə yaradır".
İki ölkənin xarici işlər nazirləri həmçinin razılaşıblar ki, "Yəməndə və Bab əl-Məndəb boğazı rayonunda sabitlik, o cümlədən enerji təhlükəsizliyi baxımından bütövlükdə beynəlxalq ictimaiyyət üçün həyati əhəmiyyət daşıyır". Yaponiya naziri öz tərəfindən bildirib ki, Tokio İranı "husilərdən təmkinli olmağı tələb etməyə" çağırır.
Məryəm Quliyeva