Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edildi
ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərə biletlər bu gündən satışdadır
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB-2 - YENİLƏNİB-1
Azərbaycan və Türkiyə müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər
17 Mart 2020 16:23
2 548
"Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq".
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılır.