Qarabağ qaziləri şəhidləri andı Hadisə

Qarabağ qaziləri şəhidləri andı

Dünən "Qarabağ qaziləri" birliyinin üzvləri Bakıda bir araya gəliblər. Onlar əvvəlcə Şəhidlər xiyabanını sonra isə Türk şəhidliyini ziyarət ediblər. Birliyin sədri Etimad Əsədov Qarabağ qaziləri (əlilləri) qarşısında çıxış edərək 15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi altında İslam Qafqaz ordusunun Bakını erməni bolşevik işğalından azad etməsindən danışıb, şəhidlərin ruhuna dualar oxunub. Ziyarətin ardınca Qarabağ qaziləri öz mərkəzi ofislərində təşkilatın illik ümumi yığıncağını keçiriblər. Yığıncaqda "Qarabağ qaziləri" birliyinin sədri Etimad Əsədov təşkilatın son bir il ərzində gördüyü işlər barədə hesabatla çıxış edib. Eyni zamanda Nəzarət Təftiş Komissiyasını hesabatı dinlənilib. Hər iki hesabat qənaətbəxş hesab edilib.
Tədbirdə "Qarabağ qaziləri" birliyinin yeni rəhbərlərinin seçilməsi məsələsi də müzakirə edilib. Yığıncaq fəaliyyətlərini nəzərə alaraq əvvəlki rəhbərliyə etimad göstərib, onların bundan sonra da təşkilata rəhbərlik etmələrini məqsədə uyğun hesab edib. Etimad Əsədov yekdilliklə birliyin sədri seçilib.
İl ərzində görülən işləri, mövcud problemləri müzakirə edən yığıncaq iştirakçıları bir sıra vacib qərarlar da qəbul edilib. Qərar alınıb ki, Qarabağ əlillərinin və şəhid ailələrinin mövcud problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikası Milli Məclisi ilə ciddi və ardıcıl iş aparılsın. Bu istiqamətdə qanunla Qarabağ qazilərinə (əlillərinin) və şəhid ailələrinə dövlət tərəfindən ödəniləcək sığorta pulunun (Bu məsələ neçə müddətdir müxtəlif təşkilatlar və fərdlər tərəfindən qaldırılıb) verilməsinin tezləşdiriləməsinə çalışmaq da əsas məsələlərdən biri olacaq. Təşkilat müharibə insanlarının problemlərinin vaxtında və səmərəli həllinə nail olmaq üçün dövlət və müharibə yönümlü QHT-lərin birgə komissiyasının, yaxud işçi qrupunun yaranmasına nail olmağa da çalışacaq.
Dövlət və dövlətçiliyimizi bundan sonra da dəstəkləyəcəklərini bildirin yığıncaq iştirakçıları müxtəlif insanların Qarabağ əlillərinin adından sui-istifadə hallarına qarşı da barışmaz olacaqlarını və istiqamətdə daima mübarizə aparacağını qərarlaşdırıblar.

XC