Azərbaycan və Braziliya gömrük xidmətləri arasında əməkdaşlıq planı imzalanıb
U-17 dünya çempionatı: Daha bir güləşçimiz yarımfinalda məğlub oldu - YENİLƏNİR
Əfqanıstan və Özbəkistan 200 milyon dollarlıq müqavilələr imzaladı
Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır – Kasim Adams
“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik - KuPS-un baş məşqçisi
18 Aprel 2020 13:03
1 904
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları gün ərzində rayon ərazisində, eləcə də rayonlararası müvəqqəti quraşdırılmış stasionar postlarda gücləndirilmiş iş rejimində çalışır, təyin olunmuş qaydalara əməl olunmasına nəzarət edirlər. Bu tədbirlərlə yanaşı xüsusi rejim çərçivəsində polis əməkdaşları tərəfindən müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, həmçinin nəqliyyat vasitələrini səbəbsiz yerə idarə edən vətəndaşlar da aşkarlanıb.
Belə ki, aprelin 18-dək xüsusi karantin rejiminin tələblərini pozan 146 vətəndaş barəsində RPŞ-nin əməkdaşları tərəfindən İXM-nin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunaraq, həmin şəxslər məsuliyyətə cəlb olunublar.
18:55
294
17:44
623
17:15
469