19:02
357
İsfahan Həsənov yarımfinalda litvalı güləşçi Benediktas Bubeleviçus ilə qarşılaşıb.
Teleqraf xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 4:2 qələbə qazanıb.
İsfahan Həsənov sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.***
18:52
65 kq çəki dərəcəsində daha bir güləşçimiz döşək üzərinə çıxıb.
Teleqraf xəbər verir ki, Orxan Həbibli ukraynalı İbrahim Nasibovla münasibətlərə aydınlıq gətirib.
Gərgin keçən görüşdə idmançımız məğlub olub - 4:1.
Orxan bürünc medal uğrunda mübarizə aparacaq.
***
18:26
Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatının yarımfinal oyunlarına start verilib.
Teleqraf xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan azərbaycanlı yunan-Roma güləşçisi Ömər Salmanov Rusiya təmsilçisi Soltan İusipov ilə üz-üzə gəlib.
Təmsilçimiz 3:1 hesabı ilə rəqibinə məğlub olub.
Qeyd edək ki, Ömər Salmanov sabah bürünc medal uğrunda yarışa çıxacaq.

.jpg)