"Amay" ticarət mərkəzinin qarşısında başına yad cisim düşən kişinin vəziyyəti açıqlanıb Hadisə

"Amay" ticarət mərkəzinin qarşısında başına yad cisim düşən kişinin vəziyyəti açıqlanıb

Bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, “Amay” ticarət mərkəzi ərazisindən çağırış qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

1991-ci il təvəllüdlü şəxsə skalpın kəsilmiş yarası diaqnozu təyin edilib və zəruri tibbi yardım göstərilib.

Müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.