Əfqanıstan və Özbəkistan 200 milyon dollarlıq müqavilələr imzaladı Dünya

Əfqanıstan və Özbəkistan 200 milyon dollarlıq müqavilələr imzaladı

Əfqanıstan və Özbəkistan iş adamları iki ölkə arasında keçirilən biznes-forumda 200 milyon dollardan çox dəyərində 22 ticarət sazişi imzalayıblar.

Bu barədə "Khaama Press" agentliyi məlumat yayıb.

Məlumata görə, tədbirdə Əfqanıstanın sənaye və ticarət naziri Nuruddin Əzizi və Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev iştirak ediblər. Nuruddin Əzizi bildirib ki, tərəflər illik ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı hədəfləyirlər.

Öz növbəsində Cəmşid Xocayev Özbəkistanın ticarəti asanlaşdırmaq üçün yeni daşınma yolları açdığını və güzəştli tariflər tətbiq etdiyini vurğulayıb.