14:10
399
“Ukrayna Xəzər dənizində İran gəmisini vurub. İran buna cavab verəcəyini qeyd edir. Amma nəzərə alaq ki, həmin gəmilər hərbi təyinatlıdır, məhz o silahlar Ukraynaya qarşı müharibədə istifadə olunur”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, İran Ukrayna müharibəsi başlayandan indiyə qədər Ukraynaya qarşı hərbi əməliyyatlarda dolayı yolla iştirak edir: “Yəni Rusiyaya “Şahid” tipli pilotsuz uçuş aparatları verir və bunlar Ukraynada kifayət qədər dağıntılar törədir. Həmçinin İran qısamənzilli ballistik raketlərin də tədürükünü Xəzər dənizi vasitəsilə həyata keçirib. Ukraynanın özünü müdafiə etməsi qanunauyğundur. Amma Avropanın müharibəyə cəlb edilməsinin mümkün olduğunu düşünmürəm. Sadəcə olaraq İran prosesi qloballaşdırır. İran bir növ Ukraynanı günahkar çıxarmaq istəyir”.
M.Əsədullazadənin fikirlərinə görə, Ukrayna da, ABŞ də, Qərb də yaxşı bilir ki, İran tərəfi konkret olaraq Rusiyaya silahlar satır: “Bu silahlar təbii ki, Ukraynaya qarşı dağıdıcı müharibədə istifadə olunmaqdadır. ABŞ-İran müharibəsinin davam etdiyi bir vaxtda mənzərənin bu dərəcədə böhrana yuvarlanması mümkün ola bilər, ancaq Ukrayna adil davranacaq, yeni cəbhənin açılmasına imkan verməyəcək. İran birbaşa Rusiya ilə birgə Ukraynaya, Qərbə qarşı koalisiyada yer alır”.
Röya İsrafilova