Əl-Zeydi sabah Türkiyəyə rəsmi səfər edəcək Dünya

Əl-Zeydi sabah Türkiyəyə rəsmi səfər edəcək

İraq Baş naziri Əli əl-Zeydi iyulun 28-də Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanettin Duran məlumat verib.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə təhlükəsizlik, ticarət, enerji, nəqliyyat və su ehtiyatlarının idarə olunması başda olmaqla, Türkiyə ilə İraq arasında münasibətlər bütün istiqamətlər üzrə nəzərdən keçiriləcək.

Tərəflər regional və qlobal hadisələr ətrafında da fikir mübadiləsi aparacaqlar.