14:12
392
İran Xəzər dənizində iranlı dənizçinin həlak olmasına görə Ukraynaya cavab vermək hüququnu özündə saxlayır və bu barədə qərar qəbul edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a respublikanın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
"Xarici İşlər Nazirliyimizin rəhbəri Abbas Əraqçı vurğuladı ki, İran cavab vermək hüququnu özündə saxlayır. Bu barədə İran İslam Respublikasının mənafelərinə cavab verən bütün qərarlar İranın daxilində, rəhbərliyimiz tərəfindən qəbul ediləcək", — deyə səfir hərbi addımların atılması ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib.
Məryəm Quliyeva