QHT layihənin icrasını yekunlaşdırdı Cəmiyyət

QHT layihənin icrasını yekunlaşdırdı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin həyata keçirdiyi “İdeoloji təxribatlar və “fake news” məlumatlara qarşı maarifləndirmə və qorunma yolları” layihəsinin icrası başa çatıb.

“Cebheinfo.az” xəbər verir ki, layihə müddətində 3 internet televiziya müzakirəsi keçirilib, 4 məqalə yayımlanıb.

İnternet televiziya müzakirələri “Yeni Çağ Azərbaycan” MMC-nin tərkibində fəaliyyət göstərən “Yeni Çağ” TV-də yayımlanıb. Qeyd edək ki, keçirilən müzakirədə mövzu ilə bağlı sualları layihənin ekspertləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə və jurnalist Vilayət Muxtar cavablandırıb.

Verilişin aparıcısı İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri, layihə rəhbəri Rəfail Becanov olub.

Layihə çərçivəsində hazırlanan 4 məqalə isə QHT.az saytında yayımlanıb.