Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb Cəmiyyət

Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb

Əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə 4 çağırış qeydə alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub.

"Güclü külək nəticəsində 4 nəfər (2 kişi, 2 qadın) xəsarət alıb.

Onlardan 2 nəfər (1 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1 nəfərin (kişi) müalicəsi KTM-in Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

1 nəfərə isə (qadın) zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

2 nəfər isə Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub", - məlumatda qeyd olunub.