“UniHub Hackathon” müsabiqəsinin qalibləri məlum oldu Hadisə

“UniHub Hackathon” müsabiqəsinin qalibləri məlum oldu

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Bakı Mühəndislik Universiteti Azərbaycan Universitetləri arasında ilk olaraq universitet daxilində onlayn hackathon müsabiqəsi təşkil etmişdir. Müsabiqə Bakı Mühəndislik Universitetinin İnnovasiya Mərkəzi və Texnoparkı, Enactus BMU, BMU Tələbə Elmi Cəmiyyəti və “YeniFikir” MMC-nin təşkilatçılığı ilə 28 aprel tarixində keçirilən “UniHub Hackthon” müsabiqəsi uğurla başa çatıb. Onu da qeyd etmək istərdik ki, müsabiqəyə Univeritet daxilində tələbələr arasında maraq böyük olub.

Komandalar “Facebook” sosial platforması üzərindən www.facebook.com/beutechnopark səhifəsi vasitəsilə sullarını verib, müzakirələr aparıb və mentorların dəstəyindən faydalanıblar. Komandaların təqdimatları bitdikdən sonra “UniHub Hackathon” müsabiqəsinin qalibləri Facebook üzərindən canlı olaraq münsiflər tərəfindən elan edilib.

Birinci pilləyə universitetimizin Kompüter Mühəndisliyi və Pedoqoji fakültələrinin tələbələrindən ibarət komandanın üzvləri, yəni 3-cü kurs tələbləri Kamil Əliyev, Jalə Mirzəyeva, Gülnar Abasova “EasyCare” layihəsi layiq görülüb. Bu komanda pandemiya zamanı ev şəraitində olan xəstə ilə həkim arasında və həmçinin həkimlər arasında əlaqə yaratmaq üçün virtual platforma hazırlayıblar.

İkinci pillədə qərarlaşan komandamız, universitetimizin kompüter mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Elvin Ağaməmmədzadə AllinOne layihəsi layiq görülmüşdür. Layihə COVİD-19 dövründə ehtiyaclı olan insanlara dəstəklə bağlı sosial platformadır.

Üçüncü pillədə isə universitetimiz informasiya texnologiyasi ixtisasının 1-ci kurs tələbələri Məmmədəliyev Xəyal, Mirsəid Mirzəzadə Nicat Məmmədov Yusif Bayramov CFarm layihəsi layiq görülmüşdür. Layihə pandemiya zamanı qida təminatı ilə bağlı modul sistemin təqdimatı ilə əlaqədar olmuşdur.

Qaliblərə və digər komandalara təşkilatçılar tərəfindən e-sertifikatlar və 3 aylıq İnkubasiya dəstəyi təqdim edilibdir.