Sabir Rüstəmxanlı VHP-yə varis tapa bilmir Hadisə

Sabir Rüstəmxanlı VHP-yə varis tapa bilmir

"Getmək istəyirəm, amma yükü öz üzərinə götürüb sədr olmaq istəyən yoxdur"

"VHP sədrliyinə namizəd məsələsində problem var". Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın növbəti qurultayından danışarkən deyib.
S.Rüstəmxanlı bildirib ki, qurultayın vaxtı hələ dəqiqləşməyib. O, qurultayda sədrliyə yenidən namizəd olacağını da istisna etməyib: "İndiki vəziyyətdə əsas problemlərdən biri siyasi mühitdə VHP-nin mövqelərini qorumaq kimi ağır yükü üzərinə götürən namizədin olmamasıdır. Bu baxımdan problemlər var. Əlbəttə ki, mən sədrlikdən getmək istəyirəm. Ancaq sədrliyə yenidən namizəd olmayacağımı deyə bilmərəm. Bu, qurultaydan asılıdır. Bu barədə danışıqlarımız gedir, hələ konkret bir fikir söyləmək olmaz".