14 İyul 15:25
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Xairici ölkələrdə hərbi təhsil almaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
8 İyul 17:55
1 645
“Azərbaycan çox gözəl ölkədir. Rəqibimiz “Qarabağ” olanda oyumçularımız sevindi. Çqnki belə bir səviyyəli komandaya qarşı çıxış edəcəklər. Bizim qarşılaşa biləcəyimiz rəqiblərdən ən güclüsü “Qarabağ” idi.
Bu sözləri İslandiyanın “Vestri” klubunun baş məşqçisi Daniel Osafo-Badu UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyun öncəsi Bakıda təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssia qarşılaşmaya yaxşı hazırlaşdıqlarını bildirib:
“Belə güclü komandaya qarşı oynayacağımız üçün həyacanlıyam. Bizi çətin oyun gözləyir. Sabah əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
Rəqibin heyətində oyunçular dəyişsə də, baş məşqçiillərdir eynidir. Mən yoldaşlıq görüşlərini izləmişəm. “Qarabağ” ötən il Çempionlar Liqasındakı taktika ilə davam edir. “Qarabağ”ın ötən il ÇL-dəki bəzi oyunlarına baxmışam.
“Qarabağ” topla aqressiv oynayır. Çox yaxşı hücumlar qurur. Biz çalışacağıq ki, əks-hücumlarda onları yaxalayaq”.
Qeyd edək ki, “Qarabağ" - "Vestri" matçı sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
14 İyul 20:24
980
14 İyul 19:30
1 050
14 İyul 18:43
1 162